Accessibility links

İraqda səkkiz polis zabiti həlak olub - 2003-09-12


Bağdaddan 50 km. qərbdə yerləşən Fallujah şəhərində Amerika qüvvələrinin səhv olaraq açdığı atəş nəticəsində İraqın təhlükəsizlik qüvvələrinin azı 8 zabiti öldürülüb, 6-ı yaralanıb. Bu arada, başqa bir hücum zamanı 2 Amerika əsgəri qətlə yetirilib, 7 əsgər yaralanıb.

Quldur olmaqda şübhələnilən şəxsləri gecə təqib edən İraq təhlükəsizlik qüvvələrinin zabitləri Birləşmiş Ştatların hərbi yoxlama məntəqəsinə yaxınlaşarkən onlara səhv olaraq atəş açılmışdır. Bağdaddakı ABŞ hərbi rəsmiləri istintaqın aparıldığını bildirirlər. Birləşmiş Ştatların hərbi qüvvlərinin rəsmiləri, habelə, Amerika əsgərlərinin Ramadi şəhərində səhər tezdən baş vermiş hücum nəticəsində qətlə yetirildiyini bildirilər. Eyni zamanda, Nəcəf şəhərində qətlə yetirilmiş Şiə ruhanisinin xələfi qardaşının mötədil siyasətini davam etdirəcəyini bildirib. Ayatolla Abdul Əziz əl-Hakim bütün xarici qüvvələrin İraqı tərk etməsini istədiyini deyib, bununla belə, o, koalisiya qüvvələrinin hazırda təhlükəsizliyi təmin etmək işinə görə məsuliyyət daşıdığını dərk etdiyini bildirib.

Ayatolla İraqlıları Səddam Hüseyn rejiminin tərəfdarları əleyhinə birgə iş aparmağa çağırıb. O, İraqa qarşı törədilmiş cinayətlərə görə məhz onların məsuliyyət daşıdığını bildirib.

XS
SM
MD
LG