Accessibility links

BMT-nin nüvə agentliyi İrana vaxt verdi - 2003-09-12


Beynəlxalq Atom Enerjisi agentliyi nüvə proqramının dinc məqsədlərlə inkişaf etidirllidiyini sübuta yetirmək üçün İrana oktyabr ayının sonuna qədər vaxt verib. Qərar İranın qurumdakı səfirinin etiraz əlaməti olaraq Vyanada keçən iclası tərk etməsinə səbəb olmuşdur. Yazılı bəyanatda İranın qətnaməni qəbul etmədiyi deyilir. Qətnamədə vaxtın qoyulmasına baxmayaraq, burada şərtlərə əməl olunmadığı təqdirdə birbaşa nəticələr göstərilməyib. Lakin İran qətnamənin şərtlərinə əməl etməsə, atom enerjisi agentliyi Tehranı sanksiyalar qoymaq səlahiyyəti olan BMT-nin Təhlükəsizlik Şurasının qarşısında cavabdeh edə bilər. Günün əvvəli İranın xarici işlər naziri Kamal Xərrazi İran əleyhinə qətnamənin mənfi nəticələrə gətirib çıxara biləcəyilə bağlı xəbərdarlıq etmişdi.

XS
SM
MD
LG