Accessibility links

Heydər Əliyevin səhhətinin yaxşılaşdığı bildirilir - 2003-09-13


Azərbaycan prezinenti Heydər Əliyevin Birləşmiş Ştatlar xəstəxanasında səhhətinin sabit olduğu və artıq evə qayıda biləcəyi xəbər verilir. Dövlət xəbərlər agentliyi Azərtacın bu günkü mə’lumatında deyilir ki, prezident Əliyev Ohayo ştatının Klivlend xəstəxanasında hazırda reabilitasiya və fiziki terapiya kursu keçməkdədir. Prezidentin nə vaxt Azərbaycana dönməsi barədə məlumat verilmir. Xatırladaq ki, 1999-cu ildə ürəyində cərrahi əməliyyat keçirilmiş 80 yaşli prezident keçən ay ağır vəziyyətdə Klivlend xəstəxanasına gətirilmişdir.

XS
SM
MD
LG