Accessibility links

Koral dənizində hərbi təlim keçirilir - 2003-09-14


Şimali Koreya kütləvi qırğın silahlarının ticarəti ilə mübarizə məqsədi ilə Birləşmiş Ştatların başçılığı altında keçirilən tə’imləri “ehtiyatsız hərbi təhrik” adlandırıb. Avstraliyanın şimal-şərq sahili, Koral dənizində keçirilən təlimlərdə Amerika, Fransa, Yaponiya və Avstaraliya qüvvələri iştirak edir. Çoxmillətli təlimlərin məqsədi Şimali Koreyanın daxil edildiyi “yaramaz” dövlətləri terrorçulara silah ixrac etməkdən çəkindirməkdir.Sakit okeanı müdafiə əməliyyatı adlanan hava, quru və dəniz təlimləri silahların yayılmaması ilə bağlı 11 ölkənin təhlükəszlik təşkilatının təşəbbüsü ilə keçirilən ilk təlimlərdir. Bu qrup cari ilin əvvəllərində prezdent Buş tərəfindən təsis edilmişdi. İki günlük təlimlərə dünən başlanılıb. Silahların yayılmaması ilə bağlı təhlükəsizlik qrupu təşkilatın hər hansısa bir ölkəni hədəf almadığını bildirir. Lakin müşahidəçilər İran, Liviya və Şimali Koreyanın nəzərdə tutulduğunu bildirlər.Pxenyan hökuməti də Şimali Koreyanın hədəf alındığından əmindir. Bu kommunist ölkəsinin qəzetləri yazırlar ki, rəsmi nümayəndələr hərbi təlimləri Birləşmiş Ştatların Şimali Koreyaya qarşı düşmənçilik siyasətinin bir hissəsi adlandırırlar. Şimali Koreya belə tə’limlərin nüvə münaqişəsinə yol açacağı barədə xəbərdarlıq verir.Vaşinqton isə öz növbəsində təlimlərin düşmənçiliklə heç bir əlaqəsi olmadığını bildirir. Birləşmiş Ştatlar Pxenyan rejiminin qeyri-qanuni narkotik maddələr, qadağan edilmiş silahlar və saxta istiqrazlar ixrac etdiyindən şübhələnir. Amerika və digər ölkələr Şimali Koreyanın nüvə proqramının Asiya regionu sabitliyinə hədə hesab edirlər.

XS
SM
MD
LG