Accessibility links

İsveçdə referendum keçirilir - 2003-09-14


İsveçdə avronun valyuta kimi qəbul edilməsi haqda referendum keçirilir. Bu gün yerli vaxtla səhər 8-də açılan səsvermə məntəqləri 12 saat fəaliyyətdə olacaq. Referendum avronu dəstəkləyən İsveçin xarici işlər naziri Anna Lindhin qətlindən bir neçə gün sonra keçirilir. Onun öldürülməsi ilə yaranmış qəzəb müsbət səs verənlərin sayını artıra bilər. 1995-ci ildən Avropa Birliyinə üzv olan İsveç 1999-cu ildə avronu valyuta kimi qəbul etməkdən imtina etmişdi.

XS
SM
MD
LG