Accessibility links

İran nüvə silahlarının yayılmaması haqda müqaviləyə əməl etdiyini deyir - 2003-09-15


Tehran nüvə silahlarının yayılmaması müqaviləsinə sadiqdir, lakin atom nüvə silahlarının inkişaf etdirilmədiyini sübuta yetirmək üçün ona keçən həftə son möhlətin qoyulmasından narazıdır. Bunu İranın nüvə enerjisi idarəsinin başçısı, İranın vitse prezidenti Qulamrza Agazadə bu gün Vyanada BMT-nin nüvə agentliyinin iclasında bildirib. Rəsminn sözlərinə görə, Tehran Beynəlxalq Atom Enerjisi agentliyi ilə planlaşdırıldığı kimi, ölkənin nüvə obyektlərində daha ciddi təftişə imkan yaratmaq haqda müzakirələri davam etdirəcək. Qulamrza Agazadə habelə İranın gizli atom silahı proqramının mövcud olmadığını sübut etmək üçün oktyabrın 31-ə qədər qoyulmuş son möhlətlə razışlaşmaya biləcəyinə də işarə edib.

XS
SM
MD
LG