Accessibility links

İnquşetiyada bomba partlayışında iki adam ölüb - 2003-09-15


Rusiyanın cənubundakı İnquşetiya respublikasında yük maşınına qoyulmuş bombanın partlaması nəticəsində Dövlət Təhlükəsizlik idarəsinin binasına ziyan vurulmuş, iki adam həlak olmuş, 25-isə yaralanmışdı. Yük maşını İnquşetiyanın paytaxtı Maqas şəhərində Rusiya Federal Təhlükəsizlik xidmətinin regional qərargahı qarşısında partlamışdır. Regindakı rəsmi şəxslər ölən və yaralananlar barədə müxtəlif məlumatlar veririlər. Onlardan bəziləri ölənlərin sayının 4, yaralananların sayının isə 40 nəfər olduğunu deyirlər. Partlayışın məsuliyyətini üzərinə götürən olmasa da, Rusiyanın İtar-Tass agentliyi rəsmilərin bunu terroçulq aktı kimi qiymətləndirdiyini bildirir.

XS
SM
MD
LG