Accessibility links

ABŞ-ın rüşvət faktı ilə istintaqı Azərbaycanda siyasi qeyri-müyyənliyin artdığı vaxta təsadüf edir - 2003-09-15


Nyu-Yorkun Federal Məhkəməsi İsveçrə vətəndaşı Hans Bodmeri Azərbaycanın yüksək vəzifəli rəsmi şəxslərinə qərb biznes qruplarından rüşvət ötürülməsində iştirak etməkdə ittiham edib. Bu işdə yüksək vəzifəli rəsmi şəxslərin iştirak etməsi dünya mətbuatının diqqət mərkəzindədir. İttihamda deyilir ki, isveçrəli vəkil Hans Bodmer 1997-ci ildən başlayaraq, Azərbaycanda Dövlət Neft şirkətinin özəlləşdirilməsində Bakıdakı xarici sərmayədarlarının xeyrinə təsir etmək üçün yüksək vəzifəli rəsmi şəxslərə milyonlarla dollar məbləğdə pul ödəmişdir.

“Faynenşl Tayms” bugünkü “Rüşvət işi Azərbaycan müxalifətinin ümüdlərini artırır” başlıqlı məqaləsində yazır ki, Birləşmiş Ştatların ruşvət faktı ilə bağlı istintaqında Azərbaycan rəhbərinin keçməsi çox güman ki, bu Xəzəryanı ölkədə hakimiyyət dəyişikliyi ilə əlaqədar dramanı daha da intensivləşdirəcək və bunun Qərb üçün ciddi nəticələri ola bilər. İttihamnamədə Azərbaycan rəsmi şəxslərinin adları açıqlanmır. Lakin istintaq onların birinə özəlləşdirmə prosesi ilə bağlı son sözə malik olan yüksək vəzifəli Azərbaycan rəsmisi kimi müraciət edir. Onlardan digərinin DNŞ-nin yüksək vəzifəli rəsmi şəxsi olduğu qeyd olunur. “Faynenşl Tayms”a əsasən, istintaqla tanış olanlar bildirirlər ki, bu şəxslər Heydər Əliyev və onun oğlu, Dövlət Neft şirkətinin keçmiş rəhbərlərindən biri olmuş İlham Əliyevdir. Qəzet qeyd edir ki, müxalifət liderləri fürsətdən istifadə edərək, həftə sonu üzə çıxan rüşvətxorluq işi ilə bağlı məlumatları ingilis dilindən tərcümə edərək onların yayılması ilə məşğul idilər. “Faynenşl Tayms”a əsasən, bu ittihamnamə bir siyasi bombaya çevirilə bilər. İttihamnaməyə əsasən, on milyonlarla dollar nəğd pul Zürixdən Bakıya özəl təyyarələrlə çatdırılmışdır. Bu qalmaqal Birləşmiş Ştatları çətin vəziyyətdə qoyub. Amerika administrasiysı müttəfiq və sabitliyin vacibliyi ilə açıq hökümət və demokratiya istəyi arasında balanslaşdırılmış siyasət aparmağa məcburdur. “Uol strit Jornal” “İsveçrəli vəkil rüşvətdə ittiham edilir” başlıqlı məqaləsində mövzuya yer ayırır. İşlə bağlı faktları sadalayn qəzet xəbər verir ki, ittihama əsasən, isveçrəli Hans Bodmer Azərbaycan rəsmi şəxsləri üçün bank hesabları açmış və rəsmi şəxslərdən birinin oğlunun təhsil xərclərini maliyyələşdirmişdir. İttihamda qeyd edilir ki, Amerika investisiya qruplarına məxsus fonlardan pulların bəzi hissəsi vauçerlərin alınması üçün istifadə edilsə də, investisiya fondundan olan pulların digər hissəsi gəlir olaraq Azərbaycan rəsmilərinin bank hesablarına köçürülmüşdür.

XS
SM
MD
LG