Accessibility links

S.Hüseyn iraqlıları müqəddəs müharibəyə səsləyir - 2003-09-17


Dubayda yerləşən Əl-Ərəbiyyə televiziyasi İraqın keçmiş lideri Sədam Hüseynin səsi olduğu güman edilən audiokaseti səsləndirilmişdir. Özünü Səddam Hüseyn adlnadıran şəxs kasetdə İraq xalqını silahlı hücumlar, etirazlar və maliyyə yardımları ilə İraqın beynəlxalq işğalına qarşı mübarizəyə səsləmişdir. Həmin şəxs demişdir ki, iraqlılar müqəddəs müharibəyə qalxmalıdırlar. O, Amerika qüvvələrinin şərtsiz və təcili şəkildə İraqdan çıxarılmalı olduğunu vurğulamışdır. Əks təqdirdə o, məğlubiyyətin qaçılmaz olduğunu qeyd etmişdir. Kasetdəki səs BMT-nin Təhlükəszlik Şurasının Amerika siyasətinin “qara tələsinə” düşməyəcəyinə ümid etdiyini bildirmişdir. Bu səsin həqiqətən də Səddam Hüseynə məxsus olduğu hələ müəyyən edilməmişdir.

XS
SM
MD
LG