Accessibility links

Bremer İran kəşfiyyatının agentlərini ittiham edir - 2003-09-19


Birləşmiş Ştatların İraqdakı administratoru Pol Bremer Britaniyanın “Deyli Teleqraf” qəzetinə müsahibəsində İran agentlərini İraqda koalisiya qüvvlərinə qarşı hücumlar həyata keçirmək üçün yaraqlılara yardım etməkdə və bərpa səylərinə mane olmaqda ittiham edib. Cənab Bremer bildirib ki, İranın kəşfiyyat agentləri İraqın müxtəlif yerlərində zorakı hücumların həyata keçirilməsinə kömək edib. ABŞ rəsmisi əlavə edib ki, Tehran müxtəlif yollarla ölkənin daxili işlərinə müdaxilə edir. Pol Bremer habelə Suriya hökumətinin terrorçuların ölkənin İraqla sərhəddini keçməsinə mane olmaq üçün daha çox iş görməli olduğunu bəyan edib, lakin Dəməşqə qarşı birbaşa ittihamlar irəli sürməyib.

XS
SM
MD
LG