Accessibility links

Yaltada MDB dövlətlərinin sammiti gedir - 2003-09-19


Rusiya və 11 keçmiş Sovet respublikasının nümayəndələrinin Yaltada keçirdiyi sammitin cümə günü iclasında əsas diqqət qarşılıqlı əməkdaşlığın gücləndirilməsi səylərinə yönəldilmişdir. Rusiya, Belorus, Qazağıstan və Ukrayna prezidentləri vahid iqtisadi zonanın yaradılması haqda sazişə imza atmış və bu təşəbbüsün Müstəqil Dövlətlər Birliyinin digər üzvləri tərəfindən də dəstəklənəcəyinə ümid bəslədiklərini dilə gətirmişlər. Sazişdə keçmiş Sovet İttifaqının böyük hissəsində ticarət malları, maliyyə kapitalı və işçi qüvvəsinin azad hərəkəti nəzərdə tutulur.

XS
SM
MD
LG