Accessibility links

Srebrenitsada memorial açılıb - 2003-09-20


Birləşmiş Ştatların keçmiş prezidenti Bil Klinton Bosniyanın Srebrenitsa şəhərində qətlə yetirilmiş minlərlə müsəlmanın xatirəsinə ucaldılmış memorialın açılışında iştirak edib. 100 adamın dəfn edildiyi memorialda 20 minə yaxın insan cənab Klintonu salamlamağa toplaşmışdı. 1996-cı ildə Srebrenitsa serb qüvvələrinin nəzarətinə keçdikdən sonra səkkiz minə yaxın kişi və oğlan qətlə yetirlmişdi. Beynəlxalq humanitar təşkilatlar hesab edirlər ki, serb qüvvələri müsəlmanları məqsədli şəkildə qətlə yetiriblər. Həlak olanların ailələri 1995-ci ildə Bosniya müharibəsinin dayandırılmasındakı roluna görə bugünkü memorialın açılışına cənab Klintonu dəvət etmişlər.

XS
SM
MD
LG