Accessibility links

İsrail və Fələstinin diplomatik mübarizəsi davam edir - 2003-09-20


BMT-nin İsrailin Fələstin lideri Yasir Ərafata qarşı hədələrinə son qoyma tələbindən bir gün sonra İsrail hökuməti və Fələstin muxtariyyəti arasında diplomatik mübarizə davam edir. İsrailin baş naziri Ariel Şaronun bu gün yüksək səlahiyyəli bir nümayəndə hey’ətini İsrailin İordan çayının qərb sahilində tikdiyi təhlükəsizlik sərhəddinin müzakirəsi məqsədi ilə Vaşinqtona göndərdiyi xəbər verilir. Fələstinin rəsmi nümayəndələri BMT-nin Baş Assambleyasının qətnaməsini alqışlayaraq, Yasir Ərafatı sülhə maneə adlandıran İsraili qınamışlar.

XS
SM
MD
LG