Accessibility links

Atlantik Sitidə gözəllik müsabiqəsi keçirildi - 2003-09-21


Dünən Nyu Cersi ştatının Atlantik Siti şəhərində keçirilən gözəllik müsabiqəsində 21 yaşlı koleç tələbəsi, Floridalı Erika Dunlap Amerika gözəli adına layiq görüldü. 50 min dollar qazanan xanım Dunlap Mərkəzi Florida universitetinin kommunikasiya fakultəsini bitirdikdən sonra hüquqşünaslıq fakultəsinə daxil olmağa hazırlaşır. Qeyd edək ki, gözəllik müsabiqəsində xarici görünüşdən əlavə istedada da qiymət verilir. Gözəllik müsabiqəsində Amerikanın 50 ştatı və Kolumbiya mahalının gözəlləri iştirak edib.

XS
SM
MD
LG