Accessibility links

Azərbaycanda seçkiqabağı kampaniyalar qarşıdurma şəraitində keçirilir - 2003-09-22


Azərbaycan müxalifət partiyaları höküməti gələn ay keçiriləcək prezident seçkiləri üçün seçki kampaniyalarına müdaxilədə ittiham ediblər. Müxalifətin əsas üç lideri-Etibar Məmmədov, Əli Kərimov və İsa Qəmbər bu gün Bakıda müxbirlərə bildiriblər ki, bazar günü polis və hökümət adamları onların təşkil etdiyi tədbirləri dağıtmış və tərəfdarlarına hücum etmişlər. Lakin hökümətin sözçüsü bu ittihamları rədd edərək, hücumların məsuliyyətini müxalifətin üzərinə atmışdır. Azərbaycanda olan Avropalı seçki müşahidəçiləri keçən həftə azad və ədalətli seçkilər üçün şərtlərin gözlənilmədiyini bildiriblər. ATƏT xəbərdarlıq edib ki, Azərbaycanda hökm sürən qarşılıqlı inamsızlıq mühiti siyasi vəziyyəti partlayış vəziyyətinə gətirib çıxara bilər.

XS
SM
MD
LG