Fransa prezidenti Jak Şirak deyib ki, Amerikanın Təhlükəszlik Şurasının razılığı olmadan İraqa qarşı müharibəsi BMT-ni ən dərin bir böhranla üzşləşdirib. Prezident Şirak bildirib ki, hakimiyyətin İraq xalqına verilməsinə vaxt tətbiq edilməli və prosesə BMT nəzarət etməlidir. BMT-nin baş katibi Kofi Annan da Buş administarasiyasının hərbi əməliyyatların təhlükəyə cavab doktrinasını kəskin tənqid etmişdir.