Accessibility links

Səudiyyə Ərəbistanında qarşıdurma olub - 2003-09-23


Səudiyyə Ərəbistanının cənub Cizan bölgəsində təhlükəszlik qüvvələri ilə silahlı dəstə arasında qarşıdurma olub. Dövlət televiziyasının xəbərlərində bir polis nəfəri və 3 yaraqlının öldürüldüyü bildirilib. Xəbər agentlikləri qarşıdurmanın silahlı qrupun xəstəxanada girov götürdükləri vaxt baş verdiyini bildirirlər. lakin ilkin xəbərlərdə polisin yaraqlıların gizləndikləri fermaya reyd təşkil ediyi və onların xəstəxanaya qaçaraq gizləndikləri deyilmişdi. Səudiyyə Ərəbistanının daxili işlər nazirliyi bu şəxslərin terror hücumları planlaşdırdığını bildirib. Nazirliyin bəyanatında onların pulemyot və əl qumbaralarından istifadə etdikləri qeyd edilir.

XS
SM
MD
LG