Accessibility links

Tehran BMT müfəttişlərinin qeyri-nüvə obyetklərinə getməsinə icazə verməyəcək - 2003-09-23


İranın Beynəlxalq Atom Enerjisi agentliyində nümayəndəsi bildirib ki, Tehran ölkənin nüvə proqramı ilə bağlı tələblərin yetirilməsi işində daha az əməkdaşlıq edəcək. Bu, təşkilatın idarə heyətinin İranın nüvə proqramı ilə əlaqədar ciddi qətnamə qəbul etməsindən sonraya təsadüf edir. İranın qurumdakı nümayəndəsi Əli Əkbər Salehi Tehran televiziyasına müsahibəzində bildirib ki, BMT müfəttişlərinə bundan sonra qeyri-nüvə obyektlərinə getmək və nümunələr götürmək imkanı verilməyəcək. Səfirin bildirdiyinə görə, İran xoş niyyətini və şəffaflığını nümayiş etdirmək üçün əvvəllər buna icazə verirdi. Lakin onun dediyinə görə, bu, silahların yayılmaması haqda müqaviləyə əsasən, İranın üzərinə düşmüş öhdəliklərdən kənar edilirdi. İran rəsmisi bundan sonra İranın yalnız hazırkı qaydalara əsasən hərəkət edəcəyini bəyan etmişdir. Beynəlxalq Atom Enerjisi agentliyi nüvə obyektlərinin nüvə silahı istehsalı ilə əlaqədar olmadığını sübuta yetirmək üçün İrana oktyabr ayının sonuna qədər vaxt verib. Agentliyin ekspertlərinin danışıqların ikinci turunu keçirmək üçün yaxın zamanlarda Tehrana səfər edəcəyi gözlənilir. Səfər İranın nüvə obyektlərində elan edilməmiş təftişə imkan yaratmaq üçün Tehranı silahların yayılmaması haqda əlavə protokola imza atmağa razı salmaq məqsədi daşıyır. İran nüvə proqramlarının nüvə silahı istehsalı ilə əlaqədar olmadığına təkid edərək proqramın elektrik enerjisi istehsalı üçün inkişaf etdirildiyini bildirir.

XS
SM
MD
LG