Accessibility links

Sərhədsiz müxbirlər təşkilatı Azərbaycanda müstəqil mətbuata təzyiqlərdən narahatdır - 2003-09-23


Beynəlxalq mətbuat azadlığı təşkilatı Azərbaycanda müxalifətin seçkiqabağı nümayişlərini ışıqlandıran jurnalistlərə qarşı son hücumların araşdırılmasına çağırıb. Sərhədsiz Jurnalistlər təşkilatı bildirib ki, gələn ay keçiriləcək prezident seçkilərindən qabaq müstəqil mətbuata göstərilən təzyiqlər narahatlıq doğurur. Qurumun yaydığı açıqlamasında deyilir ki, Azərbaycanın Massalı rayonunda nümayiş zamanı beş jurnalistə, o cumlədən, Turan informasiya agentliyi və Amerikanın Səsinin Azərbaycan xidmətinin müxbiri Tapdıq Fərhadoğluna polis və mülki geyimli şəxslər dəyənək və daşla zərbələr endiriblər. Lənkaranda isə iki jurnalist saxlanılmışdı. Sərhədsiz Jurnalistlər təşkilatı Azərbaycanın Daxili işlər naziri və Mərkəzi Seçki Komissiyasını seçkilərin maneəsiz müstəqil ışqlandırılmasını təmin etməyə çağırıb.

XS
SM
MD
LG