Accessibility links

BMT müfəttişləri İrana gələn həftə gedəcək - 2003-09-26


BMT-nin nüvə agentliyi Tehranın hazırlıq üçün əlavə vaxt tələb etməsi səbəbi ilə silah müfəttişlərinin İran səfərinin təxirə salındığını bildirir. Beynəlxaql Atom Enerjisi Agentliyinin nümayəndəsinin bildirdiyinə görə müfəttişlər qarşıdakı bazar günü deyil, gələn həftənin sonu İrana yola düşə bilərlər. Agentlik İranın iki nüvə sahəsində aşkar edilən zənginləşdirilmiş uranla əlaqədar İranda yoxlanış aparmalıdır. Dünən İranın xarici işlər naziri Kamal Xərrazi BMT-nin Baş Assambleyasında İranın uranın zənginləşdirilmə proqramından əl çəkməsi ilə bağlı beynəlxalq tələblərə baş əyməyəcəyini demişdi.

XS
SM
MD
LG