Accessibility links

ATƏT: Azərbaycan hökuməti müxalifətlə qeyri-bərabər davranır - 2003-09-29


Avropada Təhlükəsizilik və Əməkdaşlıq təşkilatı Azərbaycanda oktyabrın 15-i prezident seçkilərindən öncə müxalifətə qarşı ədalətsiz mövqe tutulduğunu bəyan edib. ATƏT-in Bakıdakı missiyasının son açıqlamasında deyilir ki, hökumət agentliklərinin prezident Heydər Əliyev və onun oğlu, baş nazir İlham Əliyevə rəğbət göstərdiyi müşahidə olunur. Bəyanatda Əliyevlərin kampaniyasında saysız qanun pozuntularının olduğu halda, müxalifət fəallarının və jurnalistlərin təhqir olunduğu, onlara hədə gəldiyi və rəsmilər tərəfindən saxlanıldığı deyilir. ATƏT-in bildirdiyinə görə, Mərkəzi Seçki Komissiyası heç bir aydın səbəb olmadan prezidentliyə namizəd ola biləcək şəxsləri qeydiyyata almaqdan imtina edib. Bundan əlavə göstərilir ki, müxalifət namizədlərinə mitinqlər keçirmək üçün lazım olduğundan az yer verilir, dövlət televiziyasında xəbər verilişləri və digər verilişlər arası reklam üçün bütün namizədlərə pulsuz vaxt verilməli olduğu halda, bu, yalnız Əliyelərə şamil olur.

XS
SM
MD
LG