Accessibility links

Uran Irana haradansa gətirilib - 2003-09-29


İranın Beynəlxalq Atom Enerji Agentliyindəki təmsilçisi İranda zənginləşdirilmiş uran izlərinin aşkar edildiyiini etiraf etmiş, lakin bu materialın İrana haradansa gətirildiyini demişdir. Bu gün dövlət televiziyası ilə çıxış edən nümayəndə bu yeni dəlilin beynəlxalq müfəttişlər və yerli rəsmiləri təəccübləndirdiyini bildirmişdir. Həmin nümayəndənin bildirdiyinə görə bu növ maddənin istehsalı üçün müxtəlif sentrifuqaya ehtiyac var, lakin İran bunlara malik deyil.

XS
SM
MD
LG