Accessibility links

Əfqanıstanın cənubunda döyüşdə bir Amerika əsgəri öldürülüb - 2003-09-30


Daha iki əsgər yaralanıb. Döyüşdə azı iki Taliban yaraqlısı qətlə yetirilib. Birləşmiş Ştatların hərbi qüvvələrinin nümayəndəsinin bildirdiyinə görə, döyüş bazar ertəsi Pakistan sərhəddinə yaxın Paktiya vilayətinin Şkin şəhəri ətrafında baş vermişdir. Onun sözlərinə görə, koalisiyanın əsgərləri düşmən qüvvələrin iki yaralıqsını qətlə yetirmişlər. Koalisiya qüvvələrinin kiçik bir bazası Paktiya viləayətindəki bu ərazidə yerləşir. Bura həmçinin ABŞ və əfqan hərbi qüvvələrilə keçmiş Taliban rejiminə sadiq yaraqlılar arasında tez-tez toqquşmaların baş verdyii bir ərazidir. İyul ayında koalisiya qüvvələri vilayəti Taliban qalıqlarından və digər elementlərdən təmizləmək məqsədilə xüsusi hərbi əməliyyat həyata keçirmişdilər. Bununla belə, ara-sıra döyüşlər yenə də davam edir. Əfqanıstanın rəsmi nümayəndələrinin bildirdiyinə görə, Taliban yaraqlıları qonşu Pakistanda sığınacaq tapmışlar və oradan sərhəddə hücumlar təşkil edirlər. Bu həftənin sonu Birləşmiş Ştatların Dövlət katibinin müavini Riçard Armitajın əraziyə səfər edəcəyi gözlənilir. Səfər zamanı Amerika rəsmisi Qəndəhar və Kabildə olacaq, ABŞ-ın başçılığı ilə terrorizmlə mübarizədə regional əməkdaşlıq məsələlərini müzakirə edəcək.

XS
SM
MD
LG