Accessibility links

Amerikada azadlıq yürüşü keçirilir - 2003-10-02


Amerikada azadlıq yürüşü keçirilir - 2003-10-02

Amerikada azadlıq yürüşü keçirilir - 2003-10-02

Amerikanın müxtəlif yerlərindən mühacirət işçiləri bir həftəlik azadlıq yürüşünə çıxaraq, Vaşinqtona toplaşmışlar. Onların məqsədi diqqətləri mühacir hüquqlarına cəlb etmək, qanunvericilərlə görüşüb, mühacirət qanunlarında islahatlar həyata keçirilməsinə nail olmaqdır. Ölkənin bir sıra bölgələrində mühacirət işçiləri ilə dolu 18 avtobus Vaşinqtona gəlmişdir. 900 nəfərdən ibarət bu necə deyərlər Azadlıq carçılarını daşıyan avtobuslar 32 min kilomertlik məsafəni qət edərək, 100 şəhər, kənd və qəsəbələrdən işçiləri toplamışdı. 2002-ci il əhalinin siyahıya alınmasından belə bir nəticəyə gəlinmişdir ki, hər beş amerikalıdan biri və ya heç olmasa valideylənlərindən biri xaricdə doğulanlardır ki, bunlar da əhalinin 56 milyondan artığını təşkil edir. Qeyri-rəsmi təxminlərə görə qeyri-qanuni mühacirlətin sayı 8-lə 10 milyon arasındadır. Sentyabrın 11-i terror aksiyalarından sonra qanunvericilər mühacirət qanunları və xaricilərin viza ilə təmin edilməsi prosesinə məhdudiyyətlər qoymuşlar. Lakin bə’ziləri hələ də bu qanunların daha da məhdudlaşdırılmasının tərəfdarıdır. Mühacirət tərəfdarları mühacirlərin hüquqlarının müdafiəsi məqsədi ilə əmək qanunlarında dəyişikliklər edilməsinə, ailə birləşmələrinin sürətləndirilməsinə də çalışacaqlar. Bir sıra həmkarlar ittifaqları, mühacirət, tələbə təşkilatları tərəfindən maliyyələşdirilən mühacirət işçilərinin bu azadlıq yürüşü cari ayın 4-də Nyu- Yorkda Azadlıq heykəli qarşısına edilən yürüşlə başa çatmalıdır.

XS
SM
MD
LG