Accessibility links

Avropa Birliyində hakimiyyət mübarizəsi gedir - 2003-10-04


Avropa Birliyinin indiki və gələcək üzvlərinin liderləri birliyin ilk konstitusiyasınınhazırlanması məqsədilə təşkil edilən Roma sammitində iştirak edirlər. Avropa Birliyinin əsasqanun layihəsi 105 nəfərlik komissiya tərəfindən 16 ay ərzində hazırlanıb. Əsas qanunda yeni üzvlər cəlb olunduqdan sonra birliyin fəaliyyətlərinin və qərar mexanizminin düzgün işləməsi nəzərdə tutulub. Avropa Birliyinin prezidentliyinə növbə ilə yiyələnən Almaniya, Fransa və İtaliya kimi böyük ölkələr əsasqanun layihəsinin çox az dəyişikliklə təstiq edilməsini istəyirlər. Avstriya və Finlandiya kimi bir neçə kiçik ölkə isə deyir ki, əsasqanun layihəsi böyük ölkələrin səlahiyyətlərini daha da genişləndirir. Onlar üzv ölkələrin hər birinin Avropa Birliyi İcraiyyə Komissiyasına tam səsvermə hüququna malik bir üzvlərini təyin etmə səlahiyyətinin saxlanılmasını tələb edirlər. Təklif olunan layihə isə 2009-cu ildən sonra İcraiyyə Komissiyasının üzvlərinin 15-ə endirilməsini nəzərdə tutur. Birliyə üzv ölkələr sənəddə Avropanın Xristian irsinə işarə edilib-edilməməsi məsələsində də razılığa gələ bilməmişlər.

XS
SM
MD
LG