Accessibility links

BMT-nin Suriyanın qətnaməsini qəbul edəcəyi gözlənilmir - 2003-10-06


Rusiya və Almaniya Birləşmiş Ştatlara qoşularaq BMT-nin Təhlükəsizlik Şurasının İsrailin Suriyadakı hədəflərə havadan atəş açmasını qınayan qətnaməsinə etirazlarını bildiriblər. Rəsmilərin dediyinə görə, Suriyanın qətnaməsində balans gözlənilmir. Belə ki, İsrail hərbi təcavüzdə ittiham edildiyi halda, hava hücumları üçün əsas olmuş terror hücumları burada tənqid edilməyib.

BMT-nin Təhlükəsizlik Şurasının bazar günü keçirdiyi təcili iclasda Birləşmiş Ştatların BMT-dəki səfiri Con Neqroponte Hayfa şəhərində şənbə günü 19 adamın ölümülə nəticələn intihar hücumu qeyd edilmədiyinə görə, Vaşinqtonun Suriyanın təklif ediyi qətnaməni dəstəkləməyəcəyini bildirmişdi.

XS
SM
MD
LG