Accessibility links

Ərafat fövqəladə kabinet yaratdı - 2003-10-06


Fələstinlilərin prezidenti Yasir Ərəfat dekretilə yeni baş nazir təyin edərək nazirlər kabinetini yaratmış və Fələstin ərazilərində föqəladə vəziyyət elan etmişdir. Bəzi müşahidəçilər hesab edirlər ki, bu addım Fələstinli intiharçının 19 adamın ölümlə nəticələnən hücumundan sonra İsraili cənab Ərəfatı sürgünə göndərməsinin qarşısını almaq məqsədi güdür. Yasir Ərəfat birtəfərli qaydada Fələstin xalqı üçün yeni hökumətin yarandığını elan etdi. Hökumətə baş nazir Əhməd Kuriann rəhrbərliyi ilə səkkiz nazilik daxildir.

Əhməd Kuria Fələstinin təhlükəsizlik qüvvələrinə nəzarət məsələsi ətrafında Yasir Ərəfatla gərgin mübarizədə məğlubiyyətə uğradıqdan sonra keçən ay istefa vermiş Mahmud Abbasın yerini tutmuşdur. Müşadiçilərin fikrincə, yeni hökümətin təşkili ilə cənab Ərəfat onu ərazidən çıxarmaq üçün İsrail qarşısında çətinlik yaratmış olur. İsrailin nazirlər kabineti keçən ay özünün müəyyən etdiyi vaxt Yasir Ərəfatı hakimiyyətdən kənarlaşdıra biləcəyini bildirmişdi. Nazirlər kabineti Fələstinlilərin prezidentini son zorakılıqları təşkil etməkdə ittiham etmişdir. Fələstin rəhbərliyi Hayfa şəhərinin restoranlarının birində Fələstinli qadının intihar hücumu həyata keçirməsindən sonra İsrailin cənab Ərəfatı hakimiyyətdən kənarlaşdıra biləcəyindən ehtiyat edir. Hücum nəticəsində 19 adam, o cümlədən, bir körpə qız da daxil olmaqla, dörd uşaq həlak olmuşdur.

XS
SM
MD
LG