Accessibility links

Amerikalı və Britaniyalı iki alim Nobel mükafatı aldı - 2003-10-06


2003-cü il tibb üzrə Nobel mükafatı maqnetik rezonans tomoqrafiyası sahəsində araşdırmalarına görə Amerikalı alim Pol Laterbur və Britaniya alimi Piter Mansfildə verilmişdir. Alimlərin kəşfi tibbi diaqnostika və bir sıra xəstəliklərin tədqiqatı sahəsində çevriliş yaratmışdır. Maqnetik rezonans tomoqrafiyası cərrahiyyə əməliyyatlarına əl atmadan xəstələrin ətraflı müayinəsi üçün həkimlər tərəfindən istifadə olunan bir üsuldur. MRİ kimi tanınan bu metod xəstələrin müayinəsi zamanı ağrılı və ağır prosedurların riskini və onların kənar təsirini azaldır. Bu metod xüsusilə beyin və onurğa sütununun detallı öyrənilməsi üçün olduqca böyük əhəmiyyət kəsb edir. İsveçin Karolinska institutunun Nobel Assambleyası mükafatı layiq görülən alimləri təqdim edərkən bidirib ki, doktor Laterbur və doktor Mansfildin orijinal kəşfləri maqnetik rezonans metodundan insan orqanizmində müxtəlif strukturları görə bilmək üçün istifadə edilməsinə kömək etmişdir. Assambleyanın qeyd etdiyi kimi, doktor Laterburq aşkar etmişdir ki, maqnit sahəsində qradientlər orqanizmin daxili qruluşunun heç bir texniki cihazın verə bilmədiyi iki parametrdə təsvirini əldə etməyə imkan yaradır. Qurumun açıqlamasında daha sonra deyilir ki, doktor Mansfeld sonrakı araşdırmalarında bədənin maqnit sahəsinin təsirinə cavab olaraq göndərdiyi siqnalların riyazi qaydada hesabalana bilməsi və daha sonra təsvirə çevrilə bilməsini göstərmişdir. Bu, maqnit rezonans tomoqrafiyasının tibbi kilnikalarda tətbiq edilməsinə imkan yaratmışdır.

74 yaşlı amerikalı alim Pol Laterbur İllinoys ştatının Urbana şəhərində İlllinoys universitetində Biotibbi maqnit rezonans laboratoriyasında çalışır. 70 yaşlı Britaniyalı Piter Mansfild İlgiltərənin Nottinqem universitetindəndir. Alimlər bir milyon 300 min dollar məbləğində mükafatı bölüşəcəklər. Nobel mükafatlarının elan edilməsi mərasimi davam edir. Cümə günü prestijli sülh mükafatının laureatının adı açıqlanacaq. Çərşənbə axşamı fizika və kimya sahələrində, çərşənbə günü isə iqtisadiyyat sahəsində Nobel mükafatlarının qaliblərinin adları bilinəcək. be awarded. Keçən həftə Cənubi Afrikalı yazıçı J-M Kotzi ədəbiyyat sahəsində 2003-cü il Nobel mükafatına layiq görülmüşdür. Mükafatların təqdimatı mərasimi noyabr ayının 10-da keçiriləcək. Nobel mükafatları 1895-ci ildə sənayeçi Alfred Nobel tərəfindən təsis edilmdir. Alfred Nobelin vəsiyyətinə əsasən, hər il 5 sahədə mükafat təqdim edilir.

XS
SM
MD
LG