Accessibility links

Türkiyə parlamenti İraqa əsgər göndərilməsinə razılıq verdi - 2003-10-07


Baş nazir Rəcəp Tayyib Ərdoğanın hökuməti bazar ertəsi günü parlamentə müraciət edərək Amerika əsgərlərilə yanaşı, İraqda sülhümühafizə missiyasında iştirak etmək üçün türk əsgərlərinin ölkəyə göndərilməsinə icazə verməsini istəmişdir. Bu, Türkiyə tarixində parlamentə ünvanlanmış 18-ci belə müraicət idi. İndiyədək bu müraciətlərdən yalnız ikisinə rədd cavabı verilmişdir

Türkiyə və Amerika rəsmilərinin bir neçə vaxtdır məsələni müzakirə etməsinə baxmayaraq, hələlik əsgərlərin sayı və onların harada yerləşdirilməsilə bağlı bəzi məsələlər dəqiqləşdirilməmişdir. Təhlilçilərin fikrincə, hazrıda söhbət 6 min əsgərin göndərilməsindən gedir. Türkiyə hökumətinin sözçüsünün dediyinə görə, əsgərlərin sayı ehtiyaca uyğun olaraq nəzərə alınacaq. Birləşmiş Ştatlar Türkiyədən İraqa təxminən 10 min əsgər göndərilməsini xahiş etmişdir. Əsgərlərin harada yerləşdirilməsinə gəlincə, onların amerikalıların Səddam Hüseyn hökumətində əksəriyyət təşkil edən sünnülərin ən böyük müqavimətilə qarşılaşdığı ərazilərdə, Bağdaddan şimala göndəriləcəyi ehtimal olunur. Müşahidəçilərin fikrincə, baş nazir Rəcəp Tayyib Ərdoğan parlamentə indi müraciət etməklə mart ayında baş vermiş olayların təkrar olunmamasına çalışır. Martda parlamentin Amerika əsgərlərinin İraqa Türkiyə ərazisindən keçməsinə razı olmayaraq atdığı gözlənilməz addım ABŞ və Türkiyə arasında diplomatik münasibətləri gərgin həddə gətirib çıxarmışdır.

XS
SM
MD
LG