Accessibility links

Demokrat namizədlər daha bir debat keçirdilər - 2003-10-10


Demokrat partiyasından prezidentliyə namizədlər son bir ay ərzində dördüncü debatlarını keçirdilər. Debatların diqqət mərkəzində prezident Buşun İraq problemini necə həll etməsi məsələsinin olmasına baxmayaraq, Amerikanın növbəti prezidenti olacaqlarına ümid bəsləyən namizədlərin əsas tənqidləri partiyadaşları general Vesli Klarka qarşı yönəlmişdi. Arizona ştatının Finiks şəhərində keçən bu dəfəki debat zamanı demokrat namizədlər general Klarkla bir həftə əvvəl Nyu Yorkda olduğundan daha sərt davrandılar. Demokratların prezidentliyə namizədləri sırasına yenicə qoşulan general Vesli Klark keçən il Konqresdə prezident Buşa İraqa müdaxilə üçün səlahiyyət verən qətnaməni dəstəkləyə biləcəyinə görə tənqid atəşinə tutuldu. Həm qətnaməyə səs verən, həm də İraqla müharibəyə etiraz edən partiyadaşları generalı əvvəl bir fikirdə oub, sonradan fikrini dəyişməkdə ittiham etdilər və debatlar zamanı Klarkı özünü-müdafiə mövqeyinə qoydular. Nüfuzlu senator, 2000-ci ildə prezidentliyə namizəd Al Qorun kampaniyası zamanı vitse prezidentlik uğrunda mübarizə aparan Co Liberman debatların tonuna uyğun olaraq general Vesli Klarka belə müraciət etdi: “Əvvəla, sizə onu demək istəyirəm ki, demokratların debatına xoş gəlmisiniz.” Senator Vesli Klarkın prezident kampnaiyasına qoşulmasına münasibətini də ifadə etdi. “Mən Vesli Klark bu kampaniyaya qoşulan zamandan razı deyiləm, onun bir sıra məsələlərdə, Səddam Hüseynə qarşı müharibə ilə bağlı tutduğu mövqeyi, fikirlərilə razı deyiləm.”

Öz mövqeyini aydınlaşdırmağa çalışan general Klark “Mən problemin BMT-yə çıxarılması ilə bağlı qətnaməyə səs verərdim, bizi müharibəyə aparacq qətnməyə heç bir zaman səs verməzdim”-deyə cavab verdi. “Mən heç bir müharibəyə səs verməzdim. Bu müharibə bir səhv idi. Ona ehtiyac yox idi. Bu, qərara alınmış müharibə idi və ölkə üçün strateji baxımından çox böyük bir səhv idi.” Bir qədər sonra isə partiyadaşları tərəfindən tamamilə qıcıqlandırılan general fikrini belə ifadə etdi: ”Bu, həqiqətən də, yaxşı vəziyyət deyil, buradakı bir qrup namizdə ölkədə rəhbərliyi dəyişdiməyə çalışır, lakin öz sözlərini açıq demirlər.” Müşahidəçilər Vesli Klarkla belə rəftara onun sentyabrın 17-i kampaniyaya qoşulmasından sonra rəy sorğularında yüksək yerə çıxması ilə izah edirlər. CNN-USA Today Gallop sorğusuna əsasən, Klark qeydə alınmış demokratların 21 faizi tərəfindən dəstəklənir. Debatların birinci hissəsində namizədlərə sual verən CNN teleşirkətinin ekspertləri namizədlər arasında fərqlərin daha qabarıq göstərilə bilməsinə çalışırdılar. 90 dəqiqəlik sual cavabın ikinci hissəsində namizədlər üçün daha qeyri-formal şərait yaradıldı. Bəziləri köynəklərinin qollarını çırmalayaraq sərbəst, qeyri-rəsmi şəkildə səslərini kimə verəcəklərini müəyyən etməmiş seçicilərin suallarına cavab verdilər. Demokrat partiyasının hazırda prezidentliyə 9 namizəd var.

XS
SM
MD
LG