Accessibility links

Pusquda 2 Amerika əsgəri öldürüldü - 2003-10-10


Dünən Bağdadın yoxsul rayonlarından birində pusquda 2 Amerikalı əsgər qətlə yetirilib, 4 əsgər yaralanıb. Amerikanın Səsinin müxbiri Greg Lamotte Bağdaddan bildirir ki, pusqu, bundan bir neçə saat əvvəl 10 nəfərin ölümülə nəticələnmiş intihar hücumunun həyata keçirildiyi məhəllədə baş verib. 1-ci zirehli diviziyanın tərkibində olan ABŞ əsgərləri cümə axşamı gecə Bağdadın, əsasən, şiələrin yaşadığı Sədr məhəlləsində keşik çəkərkən hücuma məruz qalıblar. ABŞ hərbi qüvvələrinin rəsmiləri onların pusquya düşdüyünü bildirirlər. Hadisə ilə bağlı başqa detallar açıqlanmayıb. Sədr məhəlləsi bundan bir neçə saat əvvəl yerli polis idarəsinə hücuma səhnə olmuşdur. Hadisə nəticəsində intiharçı da daxil olmaqla, 10 nəfər həlak olmuşdur. Həmin gün İspaniyanın hərbi hava qüvvələrinin serjantı öz evi qarşısında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdir. Bu hücumlar İraq paytaxtının ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən azad edilməsindən 6 ay sonraya təsadüf edir. Amerikanın İraqdakı administratoru Paul Bremerin bildirdiyinə görə, Bağdadda təhlükəsizlik tədbrilərinin gücləndirilməsi üçün dəyişikliklər edilir. Onun sözlərinə görə, koalisiya qüvvələrinin daha çevik olması üçün struktur dəyişiklikləri aparılacaq. O, dəyişikliklərin kəşfiyyat məlumatının toplanması sahəsində də ediləcəyini bildirib.

XS
SM
MD
LG