Accessibility links

Pakistanı silah sazişi narahat edir - 2003-10-11


Pakistan Hindistan, İsrail və Rusiya arasındakı bir milliard dollarlıq silah satışı razılığı ilə əlaqədar tədbir görəcəyini açıqlayıb. Pakistan bu razılığın Cənubi Asiyada silah balansını pozacağını bildirir. Ölkənin xarici işlər naziri Xurşid Kasurinin dediyinə görə, Hindistanın İsraildən PHALCON təkmilləşdirilmiş hava radar sistemini alması, hərbi balansı pozaraq, regionda yeni silah yarışına təkan verəcək. Onun sözlərinə görə, Pakistan İsrailin istehsal etdiyi radar sisteminin törətdiyi təhlükəni aradan qaldırmaq üçün bütün mümkün tədbirləri görəcək. Saziş Rusiyadan həmin radar sistemini daşıyacaq təyyarələrin alınmasını da nəzərdə tutur. Həmin saziş üzrə danışıqlar ötən ay İsrailin baş naziri Ariel Şaronun Hindistana səfəri vaxtı sona çatmışdı.

XS
SM
MD
LG