Accessibility links

Misirli qardaşların əməliyyatına başlanıldı - 2003-10-11


ABŞ-ın Texas ştatındakı həkimləri başlarından bitişik misirli əkizlər üzərində cərrahiyyə əməliyyatına başlayıblar. İki yaşlı Əhməd və Məhəmməd İbrahimin əməliyyatı Dallas şəhərinin Uşaq Tibbi Mərkəzində aparılır. 60-a yaxın tibbi personalın qardaşları ayırmasının 18-24 saat vaxt aparacağı gözlənilir. Ayri-ayri beyinlərə malik olan əkizlərin çoxsaylı ortaq qan damarları var. Əkizlər artıq bir ildir ki, əməliyyata hazırlıq məqsədi ilə valideynləri ilə bərabər Texasda yaşayır.

XS
SM
MD
LG