Accessibility links

Malayziyada İslam Konfransının sammiti başlayıb - 2003-10-11


Islam ölkələrinin ən böyük təşkilatı olan Islam Konfransına üzv ölklələrin sammiti bütün xarici qüvvələrin İraqdan geri çəkilməsi çağırışı ilə işinə başlamışdır. 57 üzvlü təşkilatın baş katibi Ədbullahed Bəlkəziz bu gün Malayziyada başlayan sammitdə söyləmişdir ki, BMT-nin İraqı yenidənqurma işinə başlaması üçün işğalçı qüvvələr tezliklə İraqdan geri çəkilməlidir. Təşkilata üzv ölkələrdən biri olan Türkiyə ABŞ-ın rəhbərliyi altındakı koalisiya ilə birgə İraqa qoşun göndərmə planını müdafiə etmişdir. Malayziyanın Putrajaya şəhərində bir həftə davam edəcək sammitdə İsrailin Suriyaya hava hücumu da daxil olmaqla, bir sıra məsələlərin müzakirəsi gözlənilir. Bu, 2001-ci ildə Birləşmiş Ştatatlara qarşı terror hücumlarından əvvəl təşkil edilən İslam ölkələrinin sammitindən bəri həmin ölkələrin liderlərinin keçirdiyi ən böyük zirvə görüşüdür.

XS
SM
MD
LG