Accessibility links

Suriya özünümüdafiə hüququna malik olduğunu bildirir - 2003-10-11


Suriya İsrailin onun ərazilərinə qarşı hücumlarına cavab vermək haqqı olduğunu bildirib. Xarici İşlər Nazirliyinin nümayəndəsi bü gün Dəməşqdə deyib ki, Suriya hər mənada öünümüdafiə hüququna malikdir. Qeyd edək ki, nazirliyin bu bəyanatı İsrailin Suriya paytaxtı yaxınlığındakı təlim bazasına qarşı hücumdan 6 gün sonra verilir. Suriya həmin obyektdən mülki məqsədlə istifadə edildiyini bildirir. İsrail nümayəndəsi isə bügünkü bəyanata cavab olaraq, İsrailin özünümüdafiə məqsədi ilə terrorçulara sığınacaq verən ölkələri “ligitim hədəf” hesab etdiyini bildirib.

XS
SM
MD
LG