Accessibility links

Bağdadda intihar hücumu nəticəsində 6 iraqlı həlak olub - 2003-10-12


Birləşmiş Ştatların hərbi qüvvələrinin nümayəndəsinin bildirdiyinə görə, intiharçı sürüçü maşını “Bağdad” mehmanxanasının mühafizə olunan girişi qarşısında partlatmışdır. Mehmanxananın giriş qapısı əsas binadan azı 60 metr aralıdır. Birləşmiş Ştatların təhlükəsizlik qüvvələrinin rəsmi nümayəndələri və İraqın icraediçi şurasının bə’zi üzvləri bu mehmanxanada qalırdılar.Partlayış nəticəsində İcraediçi Şuranın bir üzvü daxil olmaqla, azı 10 nəfər yaralanmışdır. Hücum zamanı intiharçının özü də ölmüşdür. Bu, dörd gün ərzində həyata keçirilən ikinci hücumdur.Birləşmiş Ştatların İraqdakı administratoru Pol Bremer hadisə qurbanlarının ailələrinə başsağlığı vermişdir. Cənab Bremer bəyanatında hücumu qınamış və bildirmişdir ki, terrorçuların Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanı və demokratiya yoluna qədəm qoymuş İraq xalqını qorxutmaq səyləri baş tutmayacaq.

XS
SM
MD
LG