Accessibility links

İslam Konfransının sammitinə hazırlır işləri aparılır - 2003-10-13


Dünyaın ən böyük müsəlman təşkilatının lideri müsəlmanların dünyada misli olmayan təhlükələrlə üzləşdiklərinə dair xəbərdarlıqla çıxış edib. İslam Konfransı Təşkilatının əsas toplantısında çıxış edən Əbd Əl-Valid Belkeziz bildirib ki, ABŞ-da 2001-ci ilin sentyabrın 11-i hücumlarından sonra islam və islam mədəniyyətinə qarşı kampaniya aparılır. Onun sözlərinə görə dünya islamın sülh və dözümlülük haqda mesajını unudub. 57 ölkədən ibarət təşkilatın üzvləri həftənin axırlarında keçiriləcək sammitdən əvvəl Malayziyada hazırlıq görüşləri keçirir. Görüşlər Amerika qüvvələrinin İraqdan çıxarılması üçün vaxt cədvəli işlənib-hazırlamasına dair çağırışla başlamışdı.

XS
SM
MD
LG