Accessibility links

Human Rigths Watch Azərbaycanda seçkilərin ədalətli keçəcəyinə şübhə edir - 2003-10-13


Human Rigths VVatch beynəlxalq insan hüquqları təşkilatı bildirir ki, Azərbaycanda seçki kampaniyası zamanı pozuntular prezident seçkilərinin azad və ədalətli keçməyəcəyi deməkdir. Təşkilatın bu gün açıqladığı bəyanatda göstərilir ki, Azərbaycan hökuməti siyasi müxalifətə qarşı zorakılıq və repressiyalara əl atmış və seçki prosesini baş nazir İlham Əliyevin xeyrinə saxtalaşdırmışdır. Bu gün Bakıda keçirilmiş mətbuat konfransında İlham Əliyev Human Rights VVatc-ın açıqlamalarını təkzib edərək qeyd etmişdir ki, seçkinin saxtalaşdırılmasına ehtiyac yoxdur, belə ki, azərbaycanlı seçicilər onun atasının siyasi kursunun davam etdirilməsini istəyir.

XS
SM
MD
LG