Accessibility links

İran nüvə proqramlarının mahiyyətini açıqlamaq üçün əlavə vaxt istəyir - 2003-10-13


İran nüvə silahı inkişaf etdirmədiyini sübuta yetirmək üçün əlavə vaxt istədiyinə işarə edib. Beynəlxalq Atom Enerjisi agentliyi İrana oktyabrın 31-nə qədər vaxt vermişdir. İranın Beynəlxalq Atom Enerjisi agentliyində nümayəndəsi Əli Əkbər Salehi ölkəsinin qurumla əməkdaşlığı gücləndirmək əzmində olduğunu, lakin bütün tələblərin yerinə yetirilməsi üçün əlavə vaxtın lazım olduğunu bildirmişdir. Dövlətə məxsus gündəlik “İran” qəzetində nəşr olunmuş açıqlamalarda cənab Salehi qeyd etmişdir ki, bu ayın əvvəli danışıqlar başlanandan Tehranın qurumla əməkdaşlığında canlanma müşahidə olunmuşdur. Beynəlxalq Atom Enerjisi agentliyi İrana nüvə proqramlarının mahiyyətini açmaq üçün oktyabrın 31-ə qədər vaxt vermişdir. Bundan əlavə, agentlik İranın nüvə obyektlərinin daha yaxından yoxlanılmasına imkan yaradacaq əlavə protokola imza atmasını istəyir. İran prezidentinin yardımçısı Əli Rabii İran mətbuatına bildirib ki, hökumətin yüksək səviyyəli nümayəndələri əlavə protokola imza atmaq məsələsini ciddi surətdə müzakirə edirlər Bu arada, İran Beynəlxalq Atom Enerjisi agentliyinin baş katibi Məhəmməd ƏlBaradei bu həftənin sonu nüvə proqramı ətrafında danışıqlarda iştirak etmək üçün Tehrana dəvət edib. BMT-nin nüvə agentliyi cənab ƏlBaradein səfərlə bağlı hələlik bir qərar vermədiyini bildirir. Məhəmməd ƏlBaradei Tehrana tam əməkdaşlıq etməsə, İranın BMT-nin Təhlükəsizlik Şurasının sanksiyaları qarşılaşa biləcəyi haqda xəbərdarlıq etmişdir.

XS
SM
MD
LG