Accessibility links

Bakıda polis və etirazçılar arasında qarşıdurma olub - 2003-10-16


Azərbaycanda Mərkəzi Seçki Komissiyasının baş nazir İlham Əliyevin prezident seçildiyini elan etməsindən sonra polislə müxalif etirazçılar arasında qarşıdurma olub. Xəbərlərdə nümayişçilərdən birinin öldürüldüyü bildirilir. ATƏT-in bildirdiyinə görə səsvermə beynəxalq standartlara uyğun şəkildə keçirilməmiş, saxtakarlıq və pozuntulara yol verilmişdir.

ATƏT-in Bakı missiyasının başçısı Piter Ayker özü şəxsən polislə nümayişçilər arasındakı qarşıdurmaya müdaxilə etmək istəmişdir. Onun dediyinə görə polisin hərəkətləri qəbuledilməz idi. Baş nazir İlham Əliyev isə Azərbaycanı 30 ilə yaxın idarə edən atası Heydər Əliyevin yerini tutur.

XS
SM
MD
LG