Accessibility links

Prezident Buş Avstraliyadadır - 2003-10-22


Prezident Buş hazırda Avstraliyadadır. Onun baş nazir Con Hovardla görüşəcəyi və Avstraliya parlamenti qarşısında çıxış edəcəyi gözlənilir. Cənab Buş İndoneziyada üç saatlıq səfərindən sonra Avstraliyaya gəlmişdir. Balidə dayandıqdan sonra Prezident Buş Kanberrada gecələmişdir. Sabah Cənab Buş Baş nazir Hovardla görüşü zamanı Əfqanıstan və İraqdakı hərbi əməliyyatları və terrorizmlə mübarizəni dəstəklədiyinə görə ona təşəkkür edəcək. O, Avstraliya parlamenti qarşısında çıxış edib, dövlətin müxalifət lideri Saymon Krean ilə görüşəcək. Cənab Buş və birinci xanımın də’vət edildiyi nahar ziyafətinə Baş nazir və xanım Hovard ev sahibliyi edəcək. Cənab Buş bundan əlavə Amerika səfirliyində görüş keçirəcək. Onlar Avstraliyanın namə’lum əsgər abidəsinə əklil qoyacaq və bundan sonra Havayiyə yola düşəcəklər. Orada prezident və onun xanımı Perl Harbor memorialını ziyarət edəcək, habelə prezident seçkilərinə fond toplayacaqlar.

XS
SM
MD
LG