Accessibility links

Kofi Annan İraqa daha artıq maliyyə yardımı ayırmağa çağırır - 2003-10-23


BMT-nin baş katibi Kofi Annan donor ölkələri İraqın bərpasına geniş maliyyə vəsaiti ayırmağa çağırıb. Madriddə donor ölkələrin beynəlxalq konfransında çıxış edən Kofi Annan İraq məsələsinə təcili diqqət göstərilməli olduğunu bəyan edib. Baş katibin bildirdiyinə görə, quruculuq işlərini ölkədə təhlükəsizlik durumunun düzələcəyi və müstəqil İraq hökumətini yaratmaq üçün siyasi prosesin başlanacağı vaxta qədər saxlamaq olmaz. İki günlük konfransın rəsmi gündəliyi müəyyən edilməsə də, BMT-Dünya Bankının hesabatında göstərilir ki, gələn dörd il ərzində İraqda infrakstruktur layihələrinə 36 milyarddan artıq vəsait lazımdır.

XS
SM
MD
LG