Moskvada girov böhranının ildönümü münasibətlə çeçen yaraqlılarının tamaşanı dayandırıb 800 adamı girov saxladığı Nord-Ost teatrında anım mərasimi keçirilmişdir. Rusiya rəsmiləri keçən il teatrın binasına narkotik qaz buraxmaqla girovdarları qətlə yetirmiş və böhrana son qoymuşdular. Hadisə nəticəsində 130 adam həlak olmuşdu.