Accessibility links

Prezident Buşun Müqəddəs  Ramazan ayının başlaması münasibətilə  dünya müsəlmanlarına etdiyi müraciəti: - 2003-10-25


Prezident Buşun Müqəddəs Ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarına etdiyi müraciəti: ”Mən Birləşmiş Ştatlar və dünya müsəlmanlarını müqəddəs Ramazan ayının başlaması münasibəti ilə təbrik edirəm. Ramazan İslamın ən müqəddəs ayıdır. Bu ayda Allah təala tərəfindən Qurani Kərim Məhəmməd peyğəmbərə nazil olub. Müsəlmanlara bu ayda dinə müraciət etməyə və Allah təalanın kəlamlarını yerinə yetirməyə vaxt verilir. Onlar oruc tutmaqla, dua etməklə, təfəkkürlə və xeyirli işlər görməklə, Allah təalanın kəlamlarını yerinə yetirməklə xeyirxah, pak və mərhəmətli olmağa v’əd verirlər. Tarix boyu müxtəlif dinlər bizim ölkəmizin xarakterini formalaşdırıb. İslam sülhsevər bir dindir. İslam dininə ibadət edənlərin bizim ölkəmizə və dünya ölkələrinə böyük xidmətləri olub. Biz amerikalılar din azadlığına yüksək qiymət veririk, həmişəki kimi indi də, bütün dinlərə ibadət edənləri salamlayırıq. Azadlıq və qarşılıqlı anlaşma naminə birlikdə fəaliyyət göstərməklə parlaq gələcək üçün arzuların yerinə yetirilməsinə və əlverişli şəraitin yaranmasına xidmət göstəririk. Mən və Lora xanım sizə xoş arzular diləyirik. Ramazan ayınız mübarək!”

XS
SM
MD
LG