Accessibility links

Neft maqnatı Xodorkovskinin həbsi ilə əlaqədar gərginlik artır - 2003-10-26


ABŞ-ın Rusiyadakı səfiri Vaşinqtonun Rusiyanın neft maqnatı Mixail Xodorkovskinin həbsi ilə əlaqədar artan gərginliklə bağlı narahat olduğunu bildirib. Səfir Alexander Verşbou bu gün İnterfaks agentliyinə bildirib ki, Rusiyada iki müxalifət partiyasını yaradan Xodorkovskinin həbsi Rusiya qanunlarından onun əleyhinə istifadə edilib-edilməməsi məsələsini ortaya atır. Amerika səfiri Verşbounun bildiridiyinə görə, həbs Rusiyada fəaliyyət göstərən xarici şirkət və investorlar arasında da şübhə yaradıb. Cənab Xodorkovski fırıldaq və vergilərdən yayınmaqda ittiham olunur, onun və həmkarlarının dövlətə 1 milyard dollar ödəmədiyi irəli sürülür. Xodorovskinin sahib olduğu Yukos neft şirkəti verdiyi açıqlamada bu ittihamları cəfəngiyyat adlandıraraq onların siyasi səbəblərlə irəli sürüldüyünü bildirib.

XS
SM
MD
LG