Accessibility links

Iraqda partlayış zamanı dörd adam öldü - 2003-10-28


Hadisə Bağdaddan qərbdə Fəlluca şəhərində günortadan bir qədər sonra baş verib. Bomba partlayan zaman sürücünün maşında olub-olmamsı haqda haqda bir-birinə zidd məlumatlar verilir. İraq polisi və şahidlərin dediyinə görə, sürücü maşını polis şöbəsinin 100 metrliyində küçədə, oğlanlar üçün məktəb və elektrik stansiyasının yaxınlığında saxlamış, maşın bundan sonra partlamışdır. Sürücünün partlayıcıları özünün işə salıb-salmaması haqda dəqiq məlumat yoxdur. Partlyış zamanı dörd nəfər həlak olmuşdur. Onların şəxsiyyəti hələlik müəyyən edilməyib. Bu gün Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri Bağdadın merinin müavini Faris əl-Əssamın bazar günü gecə evi yaxınlığında güllə ilə vurulub öldürüldüyünü təsdiq ediblər. Hadisə ilə əlaqədar şübhələnilənlər haqda məlumat verilməyib. Bu arada, Vaşinqtonda Birləşmiş Ştatların Dövlət katibi Kolin Pauel Beynəlxalq Qırmızı Xaç və digər humanitar təşkilatları İraqda qalıb işlərini davam etdirməyə çağırıb. Qırmızı Xaçın nümayəndəsi isə bildirib ki, Bağdadda beynəlxalq kontraktorların sayının azaldılıb-azaldılmaması haqda qərar hələlik çıxarılmayıb.

XS
SM
MD
LG