Accessibility links

İranın parlament komissiyası jurnalistin ölümülə bağlı hesabatı açıqladı - 2003-10-28


İranın islahatçı parlamentinin təşkil etdiyi komissiya İran mənşəli Kanadalı fotojurnalist Zəhra Kazıminin ölümü ətrafında məlumatın ört-basdır edilməsinə dair sübutların olduğunu aşkar edib. Komissiyanın bu gün dərc etdiyi hesabatda jurnalistin İranın hüquq-mühafizə orqanları tərəfindən saxlanmasının qeyri-qanuni olduğu irəli sürülür. Hesabatda habelə prokuror Səid Mortazəvi xanım Kazıminin həbsdə olarkən ölməsi ilə əlaqədar faktları gizlətmək və suallara cavab verməkdən imtina etməkdə ittiham edilir. Parlamentin bildirdiyinə görə, hesabat Ədliyyə orqanlarına göndəriləcək.

XS
SM
MD
LG