Accessibility links

Parlament komissiyası yeni dəlil aşkar edib - 2003-10-29


İran parlamentinin komissiyası kanadalı jurnalist Zəhra Kazeminin öldürüldüyünün ört-basdır edildiyinə dair dəlil əldə edildiyini bildirib. Komissiyanın dünənki hesabatında jurnalistin qanunsuz həbsinə görə İranın ədliyyə sistemi günahlandırılır. Başından aldığı zərbələr nəticəsində vəfat edən jurnalistin həbsi prezident Məhəmməd Xatəmi tərəfindən kəskin tənqid edilmiş, prezident ədliyyə sistemi üzvlərinin məsuliyyətə cəlb edilməli oldquqlarını bildirmişdi. Bütün bunlarla yanaşı, İran Əl-Qaidə üzvləri olduqlarından şübhələnilən onlarla şəxsin təhvil verilməsi ilə bağlı Amerikanın tələbini rədd etmişdir.

XS
SM
MD
LG