Accessibility links

Senat Mərkəzi Kəşfiyyat idarəsindən İraqa dair bütün sənədləri tələb edir - 2003-10-30


Senatın Kəşfiyyat komitəsi Mərkəzi Kəşfiyyat idarəsinin direktoru Corc Tenetdən cümə gününə qədər müharibədən əvvəl İraqla bağlı bütün lazımi kəşfiyyat sənədlərini təqdim edib müsahibələr üçün vaxt təyin etməsini istəyib. Bununla bağlı məktub Corc Tenetə komitənin sədri, respublikaçı senator Pat Roberts və onun nüfuzlu demokrat üzvü senator Cey Rokfeller tərəfindən göndərilib. Senatorlar şikayət edirlər ki, onların hələ iyul ayında etdiyi bəzi müraciətlərə indyə qədər cavab verilməyib. Həm Senat, həm də Konqresin Nümayəndələr Palatasının ayrı-ayrı komitələri müharibədən əvvəl İraqla bağlı kəşfiyyat məlumatlarını təhqiq edirlər.

XS
SM
MD
LG