Accessibility links

Senat səsverməni bazar ertəsi gününə keçirdi - 2003-10-31


Birləşmiş Ştatlar Senatı Əfqanıstan və İraqda hərbi əməliyyatlar və bərpa işlərinin malliyyələşdirilməsi məsələsinin səsə qoyulmasını gələn həftənin bazar ertəsi gününə keçirmişdir. Bir qədər əvvəl Konqresin Nümayəndələr Palatası 298 səs lehinə, 121 səs əleyhinə 87,5 milyard dollarlıq paketi qəbul etmişdir. Bu fondun 65 milyard dolları hərbi əməliyyatlar, 20 milyarddan çoxu isə bərpa işləri üçün nəzərdə tutulub. Prezidentin təklifnin böyük səs çoxluğu ilə qəbul edilməsi Corc Buşun qələbəsi kimi qiymətləndirilir.

XS
SM
MD
LG